25 C
Baku
27 İyul 2024, 4:34
Baş xəbərİdman

DİN-i mətbuat xidmətinin rəisi Elşad Hacıyevin müraciəti

DİN-dən “Qarabağ”ın oyunu ilə bağlı müraciət: “Stadiona 1 saat tez gəlin”.

Bugün.tv-nin əldə etdiyi məlumata əsasən, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev “Qarabağ”ın Bakıda Yunanıstan “Olimpiakos”una qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin IV tur oyunu ilə bağlı bildirib.

 “Əziz futbolsevərlər, xahiş olunur ki, Tofiq Bəhramov adına Respublika stadionu istiqamətində gələrkən şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verəsiniz. Bundan başqa, oyunun keçirildiyi əraziyə 1 saat əvvəl gəlməyiniz də tövsiyə olunur. Bu gün baş tutacaq “Qarabağ” – “Olimpiakos” oyunu ilə əlaqədar stadionun daxilində və ətrafında vətəndaşlarımızın və xarici azarkeşlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir” – o, vurğulayıb.

 Qeyd edək ki, “Qarabağ” – “Olimpiakos” görüşü saat 20:45-də başlayacaq.

Aynur Camal

Oxşar xəbərlər

Torpaq sürüşdü: 100 işçi şaxtalarda qaldı

Aynur Camal

DEAŞ əməliyyatı: 12 nəfər saxlanıldı

Aynur Camal

Qaradərili yeniyetmənin ailəsinə 2 milyon dollar təzminat ödənildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu