Siyasi ekspert Məhəmməd Əsədullazadə hesab edir ki, İsrail parlamenti qondarma erməni soyqırımını tanıyacağı təqdirdə Azərbaycan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmalıdır.
Bugun.tv xəbər verir ki, ekspert bu fikirləri sosial media hesabında paylaşıb.
Məhəmməd Əsədullazadənin sözlərinə görə, belə bir addım Azərbaycan-Ermənistan normallaşma prosesinə mənfi təsir göstərə və Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş siyasi addım kimi qiymətləndirilə bilər.
Ekspert bildirib ki, Ermənistan hakimiyyətinin özü bu iddialardan uzaqlaşmağa çalışdığı halda, İsrail tərəfindən belə bir qərarın qəbul olunması müsbət nəticə verməyəcək.
O, həmçinin İsrail hökuməti ilə siyasi münasibətlərə yenidən baxılmasının vacibliyini vurğulayaraq bildirib ki, İsrail tərəfindən qondarma erməni soyqırımının tanınması təkcə Türkiyəyə deyil, eyni zamanda Azərbaycana qarşı atılmış addım kimi qiymətləndirilməlidir.
