Image default
Dünya

Makron 17 ildən sonra Suriyaya səfər etdi

Fransa Prezidenti Emmanuel Makron NATO Zirvəsində iştirak etmək üçün Ankaraya yola düşməzdən əvvəl Suriyaya rəsmi səfər edib.

Bugun.tv xəbər verir ki, Makron 17 ildən sonra Suriyaya səfər edən ilk Fransa prezidenti olub.

Makron Şamda Suriya Prezidenti Əhməd əş-Şəra ilə görüşərək iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli danışıqlar aparıb. Görüşlərdə Suriyanın yenidən qurulması, regional təhlükəsizlik, beynəlxalq əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Fransa lideri sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, səfərinin məqsədi Suriya xalqına Fransanın dəstəyini ifadə etməkdir.

“Suverenliyini qoruyan, müxtəlifliyini birliyində yaşadan və qonşuları ilə sülh şəraitində yaşayan Suriya üçün buradayıq. Gəlin, sabitlik və sülh naminə birlikdə yeni səhifə açaq”, – deyə Makron qeyd edib.

Səfərdə Makronu Fransanın aparıcı şirkətlərinin rəhbərləri, o cümlədən TotalEnergiesCMA CGM şirkətlərinin baş icraçı direktorları da müşayiət ediblər.

Makronun Şamdakı səfəri zamanı tarixi Əməvi məscidini ziyarət etməsi və rəsmi görüşlərdə gün eynəyini çıxarmaması da sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Fransa mediası bunu daha əvvəl də qeyd olunduğu kimi, prezidentin gözündə yaranmış sağlamlıq problemi ilə əlaqələndirib.

Makronun Suriya səfərindən sonra Ankarada keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsinə qatılması gözlənilir.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Çinin Sakit okeanda raket sınağı ABŞ müttəfiqlərini narahat etdi

Aynur Camal

Tramp müdafiə xərcləri ilə bağlı təzyiqi artırır

Aynur Camal

Həkim meyvələrdən maksimum faydalanmağın “göy qurşağı qaydası”nı açıqlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu