25 C
Baku
27 İyul 2024, 3:55
Baş xəbərSosial

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənddə Heydər Əliyev Meydanında olub

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanında olub.

Bugün.tv -nin Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən aldığı məlumata görə, spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri, Özbəkistan parlamentinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlı icmasının təmsilçiləri meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.

Qeyd edək ki, cari il iyunun 21-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasına dövlət səfəri zamanı Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı ilə Heydər Əliyev Meydanının açılışı olub. Bu meydanın yaradılması dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir.

Daşkəndin Mirabad rayonunda azərbaycanlıların yığcam yaşadıqları ərazidə yerləşən meydanın ətrafındakı binalar abadlaşdırılıb, ərazisi tamamilə yenidən qurulub. Burada yaşıllıq salınıb, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Meydanın mərkəzi hissəsində Ulu öndər Heydər Əliyevin böyük memorial kompleksi ucaldılıb.

Ümummilli lider Heydər Əliyevin adını daşıyan küçədə yerləşən meydan şəhər sakinləri və qonaqların istirahət üçün ən çox üz tutduqları yerlərdən biri olacaq.

Aynur Camal

Oxşar xəbərlər

Ermənilərin milli kimliyinin faciəsi – “doğrular” və “yanlışlar”

Aynur Camal

Fleytada ifa etməyi bacaran altı məşhur

Teymur Əziz

“İsrail səhiyyəsi ilə əlaqələr öz töhfəsini verir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu