17 C
Baku
12 Noyabr 2025, 18:29
Baş xəbərSiyasət

“Mövcud münasibətlərdən məmnunam”

Müdafiə Nazirliyindən Bugun.tv-yə verilən məlumata əsasən, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrail Dövlətinin müdafiə naziri Yoav Qallant təşəbbüsü ilə telefon danışığı olub.

Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayan Y.Qallant ölkələrimiz arasında mövcud münasibətlərdən məmnunluğunu ifadə edib.

General-polkovnik Z.Həsənov Y.Qallantı İsrail Dövlətinin müdafiə naziri təyin olunması münasibətilə təbrik edərək ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın genişlənəcəyinə əminliyini bildirib.

Danışıq zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Mənbə: mod.gov.az

Aynur Camal

Oxşar xəbərlər

Rusiya lideri Vladimir Putin 6 ay müddət verdi: Ya Rusiya vətəndaşı ol, ya da get!

Aynur Camal

TiktTok axtarış sisteminə çevrilir: Vikipediya ilə əməkdaşlığa başlanıldı

Teymur Əziz

ABŞ-da prezidentliyə namizədlər açıqlandı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu