14 C
Baku
29 Mart 2024, 19:17
Baş xəbərMədəniyyət

Nizami Gəncəvi Beynəlxalq Forumu keçiriləcək

Anar Kərimov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizəki fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osmanla görüşüb.

Bu barədə Bugün.tv Mədəniyyət Nazirliyindən məlumat alıb.

Görüşdə iki ölkə arasında mədəniyyətin müxtəlif  sahələrində əməkdaşlıq və gələcək perspektivlər müzakirə olunub.

Nazir Anar Kərimov əməkdaşlığın genişləndirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Noyabr ayında Bakıda keçiriləcək Nizami Gəncəvi Beynəlxalq Forumunun əhəmiyyəti haqqında səfirə məlumat verən nazir Əlcəzair nümayəndə heyətini bu tədbirdə iştiraka dəvət edib.

Nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən “Bakı Prosesi”, 2011-ci ildən ənənəvi keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu, eləcə də  Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı çərçivəsində də qarşılıqlı uğurlu əməkdaşlığı bir daha vurğulayıb. A. Kərimov bildirib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Abdeluahab Osman birgə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.  Görüş tərəfləri maraqlandıran məsələlərin müzakirəsi ilə davam edib.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil yük maşınının altına düşdü: 1 ölü var

Bugün TV

Aİ yeni sanksiyalar siyahısı hazırladı

Aynur Camal

Köhnə xəstəxana binasında yanğın

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu