Baş xəbər

Növbəti dəfə erkən evliliyin qarşısı alınıb

❗ Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi növbəti dəfə erkən evliliyin qarşısını alıb.

🔴 30 sentyabr 2022-ci il tarixdə Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılmışdır.

🔴 Qeyd edək ki, Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılmış, valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilmişdir.

🔴 Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilmiş, həmçinin valideynlik məsuliyyəti izah edilmişdir. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır.

🔴 Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

#AiləQadınvəUşaqProblemləriüzrəDövlətKomitəsi

#Erkənevliliyəson,#Erkənnikahason

Aynur Camal

Oxşar xəbərlər

Robotlar üçün qeyri-adi “uşaq bağçası” açıldı

Aynur Camal

Qırğızıstan Şanxay Əməkdaşlıq Təşkilatının 25 illik sammitinə ev sahibliyi edir

Aynur Camal

Kinorejissor Faiq Nağıyev ARKA-nın fəaliyyətindən narazıdır: “Nə vaxta qədər eyni adamlara vəsait ayrılacaq?”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu