2 C
Baku
14 Dekabr 2024, 20:01
Baş xəbərDigər

Novruz Aslanov faktla barışıbmı?

Bu ilin iyul ayının 13-də Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyində rəhbər vəzifədə çalışan, daha dəqiqi, BQXK-nın Əməkdaşlıq şöbəsinə rəhbərlik edən, LGBT üzvü, İtaliya vətəndaşı Laura Sesennanın öz cinsi partnyoru, Peru vətəndaşı Pella Patricia ilə birgə Qax meşələrində azmaqları və Azərbaycan polisinin onları tapıb sağ-salamat qaldıqları otelə qaytarması barədə xəbər vermişdik.

Onu da qeyd etmişdik ki, Laura Sesenna onları xilas edən Azərbaycan polisinə özünü və cinsi partnyorunu əcnəbi turistlər kimi təqdim etmişdir və bununla da rəsmi dövlət orqanına yalan məlumat vermişdir.

Bu xəbərlərdən sonra Beynəlxalq Qızıl Xaç Komitəsi bizim marağımızı cəlb etdi. Bizə maraqlı gəldi ki, niyə BQXK-nın bizim milli təşkilatımız olan Azərbaycan Qızıl Aypara Cəmiyyətilə (AzQAC) əməkdaşlığa məsul olan şöbəsinə LGBT üzvünü rəhbər təyin ediblər. Xatırladak ki, AzQAC-ın prezidebti Milli Məclisin üzvüdür, yazıçı, şair, bəstəkardır, bir sözlə incəsənət adamıdır. O həmişə öz çıxışlarında milli adət-ənənələrimizdən, Azərbaycan mədəniyyətindən, vətənpərvərlikdən, qeyrətdən, namusdan və kişilikdən danışan sevimli millət vəkilimizdir.

Doğrusu, biz düşünürdük ki, bu məsələ ictimailəşdikdən sonra Novruz müəllim buna öz münasibətini bildirəcək. Lakin belə görünür ki, AzQAC rəhbərliyi öz taleyilə barışıb və onlarla əməkdaşlığa məsul olan, AzQAC-a maddi-texniki dəstək verən BQXK-nın Əməkdaşlıq şöbəsinə bir LGBT üzvünün rəhbərlik etməsi faktını artıq həzm ediblər və bu onları qətiyyən narahat etmir. Əsas odur ki, BQXK-nın AzQAC-la əməkdaşlığı uğurla davam edir, AzQAC-a edilən maddi-texniki dəstək də öz yerindədir.

Əgər belə olmasaydı AzQAC rəhbərlyi məsələyə hər hansısa formada öz münasibətini bildirərdi. Yaxud da bu məsələni BQXK rəhbərliyi ilə dost və partnyor təşkilatın rəhbərliyi olaraq müzakirə edərdi. Hər halda bizdə bu barədə məlumat yoxdur, olsa, bu informasiyanı da işıqlandırardıq. Öz tərəfimizdən bir daha bildiririk ki, AzQAC-ın bu məsələyə münasibətini də dərc edə bilərik.

Ümumiyyətlə isə, BQXK qapalı təşkilatdır. Onun haqqında araşdırma apararkən əsasən onların Facebook sosial şəbəkəsindəki səhifələrində (ICRC Azerbaijan) fəaliyyətləri barədə verilən şablon xəbərlərə rast gələ bildik.

Onlar haqqında məlumatları müxtəlif mənbələr vasitəsilə əldə etməyə çalışırıq. Müstəqil media orqanı olaraq işimiz oxucularımız üçün maraqlı ola biləcək məlumatları onlara çatdırmaqdır. Bu işdə bizə yardımcı olan bütün vətənpərvər, milli təəssübkeşliyi maddi maraqdan üstün tutan və dövlətçiliyin keşiyində duran hər bir kəsə öz təşəkkürümüzü bildiririk. Xəbər mənbələrimizin məxfiliyi isə, hər bir ciddi mətbuat nümayəndəsi kimi bizim üçün də önəmlidir.

Bugün TV

Oxşar xəbərlər

Rusiyadan Ermənistana reaksiya: “Paşinyan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu etiraf etdi”

Kəmalə Sultan

“Azərbaycan millətinin İran xalqının qəlbində yeri var”

Aynur Camal

“Bugünkü gəncliyimiz sağlam düşüncəli, vətənpərvər, xalqını, millətini sevən gənclikdir…”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu