Səhiyyə

Orqanizim üçün ən effektiv hansı məşq müəyyən edildi ?

Bugun.tv– xəbər verir ki,  İspaniyanın Migel Ernandes Universiteti alimləri damar sağlamlığını yaxşılaşdırmaq üçün ən təsirli məşq növünü müəyyən ediblər.

Yüksək intensivlikli interval məşqləri (qısa olaraq HIIT) ürək-damar xəstəlikləri olan insanlarda damar funksiyasını ən effektiv şəkildə yaxşılaşdıran məşq kimi qiymətləndirilib.

Tədqiqatın nəticələri European Journal of Preventive Cardiology jurnalında dərc olunub. Araşdırmaya 6818 pasiyent daxil edilib və müxtəlif məşq növləri müqayisə edilib: orta intensivlikli kardio, güc məşqləri, qarışıq proqramlar və HIIT – (High-Intensity Interval Training).

Nəticələr göstərib ki, bütün fiziki aktivlik formaları damarların daxili qatının — endotel funksiyasını yaxşılaşdırır. Lakin HIIT bu baxımdan ən güclü təsiri göstərib.

Mütəxəssislərin sözlərinə görə, yüksək intensivlikli interval məşqləri qısa müddətli maksimum yüklənmə ilə bərpa fazasının növbələşməsinə əsaslanır. Bu proses qan axınını gücləndirir və damarların genişlənməsini təmin edən azot oksidinin ifrazını artırır.

Alimlər bildirirlər ki, bu tip məşqlər damar elastikliyini artırır və ürək-damar sisteminin ümumi vəziyyətini yaxşılaşdırır. Qarışıq (kardio + güc) proqramların isə bəzi hallarda daha güclü təsir göstərə biləcəyi qeyd olunub, lakin bunun üçün əlavə tədqiqatlara ehtiyac var.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Bakıda tanınmış ayurveda mütəxəssisi Aleksandr Drelyovun qəbulu keçiriləcək

Aynur Camal

BİLİRDİNİZMİ? Yuxu keyfiyyəti beyin yaşını və demensiya riskini təsir edir

Aynur Camal

Qan təzyiqini ölçərkən tez-tez edilən səhvlər və timusun insan sağlamlığındakı rolu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu