Baltimor, 12 yaşlı qız, silahlı atışma, park yeri mübahisəsi, ABŞ, polis, atışma, dünya xəbərləri
Hadisə

Park yeri mübahisəsi qanlı nəticələndi: 12 yaşlı qız öldürüldü

ABŞ-nin Baltimor şəhərində iki kişinin park yeri üstündə mübahisəsi qanlı nəticələnib. Hadisə zamanı mübahisə ilə heç bir əlaqəsi olmayan 12 yaşlı qız silahlı atışmanın ortasında qalaraq həyatını itirib.

Bugun.Tv xəbər verir ki, hadisə uşaqların Amerika futbolu oynadığı parkda baş verib.

Baltimor Polis Komissarı Riçard Uorli keçirdiyi mətbuat konfransında bildirib ki, iki kişi park yeri ilə bağlı mübahisə etməyə başlayıb və daha sonra bir-birlərinə atəş açıblar.

Atışma zamanı futbol oyununa baxdığı ehtimal edilən 12 yaşlı qız güllə yarası alaraq hadisə yerində həyatını itirib.

Hadisə yerinə gələn polis əməkdaşları qızla yanaşı, güllə yarası almış bir qadın da aşkar ediblər. Polis bildirib ki, hadisə ilə əlaqəsi olduğu ehtimal edilən iki kişi də sonradan xəstəxanalara müraciət edib.

Hüquq-mühafizə orqanları hadisə ilə bağlı ən azı iki şübhəlinin axtarıldığını və hələlik heç kimin saxlanılmadığını açıqlayıb. Yaralanan digər üç nəfərin vəziyyətinin ağır olmadığı bildirilib.

Baltimor meri Brendon Skott iki yetkin şəxsin mübahisəsi nəticəsində 12 yaşlı uşağın həyatını itirməsinə münasibət bildirərək hadisəyə reaksiya verib.

Hazırda olayla bağlı araşdırma davam edir. Polis şahidlərdən hadisə barədə məlumat vermələrini xahiş edib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Məktəb şagirdlərinin etirazları genişlənir

Aynur Camal

Hollandiyada miqrasiya əleyhdarları polislə toqquşdu

Aynur Camal

Təyyarədə pilotlar arasında insident baş verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu