Dünya

Pentaqon UFO-larla bağlı yeni sənədləri ictimaiyyətə açıqlamağa başladı

Bugun.tv xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi —  “tanınmayan uçan obyektlər” (UFO) və “Tanınmayan Hava Fenomeni” (UAP) ilə bağlı yeni sənədlərin ictimaiyyətə təqdim olunmasına start verildiyini açıqlayıb.

Donald Trumpın göstərişinə əsasən başlanan proses çərçivəsində UAP-lə bağlı dövlət arxivlərindəki materialların müəyyənləşdirilməsi və onların məxfilik dərəcəsinin aradan qaldırılması nəzərdə tutulur.

Açıqlamada bildirilib ki, bu proses yalnız Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi — tərəfindən deyil, həmçinin Ağ Ev, Milli Kəşfiyyat Direktorunun Ofisi, Amerika Birləşmiş Ştatları Energetika Nazirliyi, NASA və Federal Təhqiqat Bürosunun iştirakı ilə həyata keçirilir.

Rəsmi məlumata görə, məxfiliyi aradan qaldırılmış sənədlər xüsusi təhlükəsizlik icazəsi tələb olunmadan açıq istifadəyə verilib. Pentaqon əlavə edib ki, proses mərhələli şəkildə davam etdiriləcək və yaxın vaxtlarda yeni materiallar da ictimaiyyətə təqdim olunacaq.

İlk mərhələdə yayımlanan 162 sənəddən ibarət arxivdə istintaq qeydləri, şahid ifadələri və ictimaiyyətə açıq hesabatlar yer alıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

“Livanda yaradılacaq yeni mexanizm Netanyahuya narahatlıq yaradıb”

Aynur Camal

Kolumbiyada prezident seçkilərində Trumpın dəstəklədiyi namizəd qalib gəldi

Aynur Camal

263 nəfərlik dağ kəndi yeni qonşular axtarır: Ev təmirinə 100 min avroya qədər dəstək veriləcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu