Yapon alimlər ürəyin qocalmasını ləngidən üsul kəşf edib
Digər

Yapon alimlər ürəyin qocalmasını ləngidən üsul kəşf edib

Yaponiyalı alimlər ürək funksiyalarının yaşla bağlı zəifləməsini ləngidə bilən yeni maddə aşkar ediblər. Araşdırmaya görə, “mitorubin” adlı birləşmə ürəyin fəaliyyətini qorumağa və qismən bərpa etməyə kömək edə bilər.

Bu barədə Gakushuin Universiteti professoru Siqeru Yanaqinin açıqlamasına istinadən məlumat verilib. Tədqiqat zamanı təbii mənşəli berberin maddəsi əsasında hazırlanmış eksperimental birləşmə – mitorubinin təsiri öyrənilib.

Alimlər bildiriblər ki, yaş artdıqca hüceyrələrdə enerji istehsalına cavabdeh olan mitoxondrilərin sayı azalır və onların fəaliyyəti zəifləyir. Bu da ürək əzələsinin fəaliyyətinə mənfi təsir göstərir. Araşdırma nəticəsində müəyyən olunub ki, mitorubin mitoxondrilərin “keyfiyyətinə nəzarət edən” MITOL molekullarının səviyyəsini artırır və onların sayının çoxalmasına şərait yaradır.

Bu proses hüceyrələrin enerji istehsalını gücləndirir və nəticədə ürəyin funksiyalarının yaşa bağlı zəifləməsini ləngidir, bəzi hallarda isə qismən bərpasına kömək edir.

Bununla belə, tədqiqat hələlik yalnız heyvan modelləri üzərində aparılıb. Alimlər vurğulayırlar ki, bu üsulun insanlar üzərində effektivliyi və təhlükəsizliyi əlavə araşdırmalarla təsdiqlənməlidir.

Mütəxəssislərin fikrincə, mitoxondrilərin fəaliyyətinin zəifləməsi bir çox yaşa bağlı xəstəliklərin əsas səbəblərindən biridir. Bu baxımdan mitorubinin daha dərindən öyrənilməsi ürək-damar xəstəliklərinin müalicəsində yeni yanaşmaların formalaşmasına töhfə verə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Məhəmməd Əsədullazadə: Netanyahu Türkiyəyə F-35 verilməsinin qarşısını almağa çalışır

Aynur Camal

Aİ qüvvələri Aralıq dənizində şübhəli neft tankerinə baxış keçirdi

Aynur Camal

22 İyul – Azərbaycan milli mətbuatı 151 yaşını qeyd edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu