6 C
Baku
29 Yanvar 2026, 10:58
Səhiyyə

Pəhrizdən də faydalıdır: sağlam qidalanmanın əsas sirri açıqlanıb

Sağlam qidalanmanın əsasını sərt pəhrizlər və qadağalar deyil, aclıq və toxluq hissinə diqqət, müntəzəm qida qəbulu və məhsulların balanslı şəkildə birləşdirilməsi təşkil edir. Bu barədə University of Toronto alimlərinin Appetite jurnalında dərc olunan araşdırmasında qeyd olunub.

Araşdırmada vurğulanır ki, müasir pəhriz mədəniyyəti qidanı “faydalı” və “zərərli” kimi bölərək insanlarda stress, günahkarlıq hissi və qidalanma pozuntularına yol aça bilir. Halbuki sağlamlıq təkcə qidalanmadan deyil, eyni zamanda yuxu rejimi, fiziki aktivlik, stress səviyyəsi və psixoloji vəziyyətdən asılıdır. Alimlər bildirir ki, qidada sərt məhdudiyyətlər əksər hallarda gözlənilən nəticəni vermir.

Tədqiqatçılar çevik və balanslı qidalanma yanaşmasının daha effektiv olduğunu qeyd edirlər. Bu yanaşma zamanı bütün məhsulların rasionda yer ala biləcəyi, əsas şərtin isə insanın öz bədəninin siqnallarına qulaq asması olduğu vurğulanır. Məsələn, tədbirlərdə yalnız “icazəli” qidaları yemək əvəzinə, müxtəlif qidaları ölçülü şəkildə qəbul etmək həm toxluq hissini qoruyur, həm də psixoloji gərginliyi azaldır. Mütəxəssislər lazım gəldikdə dietoloqa müraciət etməyi tövsiyə edirlər.

Düzgün qidalanma
Sağlam qidalanmanın əsas sirri açıqlanıb

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Zəncəfilin sağlamlığa faydaları və istifadəsində diqqət edilməli məqamlar

Aynur Camal

Qısa gündüz yuxusu beyin funksiyasını bərpa edir və öyrənmə qabiliyyətini artırır

Aynur Camal

Elmi kəşf: Xərçəng hüceyrələrinin necə dəyişdiyi və inkişaf etdiyi aşkarlanıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu