Baş xəbərSosial

Qərbi Azərbaycanın mədəni irsi III Konqres-Festivalda müzakirə olundu

Bugun.tv xəbər verir ki, Məhluqə Qaramanlı, Naxçıvanda keçirilən III “Qərbi Azərbaycana Qayıdış” Konqres-Festivalında iştirak edərək elmi məruzə ilə çıxış edib.

Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin sədri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

18–20 iyul 2026-cı il tarixlərində keçirilən konqres çərçivəsində Naxçıvan Dövlət Universitetində “Qərbi Azərbaycanın Mədəni Sərvətləri: Tarixi Yaddaşımızın və Milli Kimliyimizin Daşıyıcısı” mövzusunda elmi məqalə təqdim olunub. Tədbirin sonunda Məhluqə Qaramanlı sertifikatla təltif edilib.

Məruzəsində Qərbi Azərbaycanın Azərbaycan xalqının tarixi yaddaşının, milli kimliyinin və mənəvi irsinin ayrılmaz hissəsi olduğunu vurğulayan Məhluqə Qaramanlı qeyd edib ki, İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz və digər tarixi bölgələrdə formalaşmış zəngin mədəni irs nümunələri xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinin, yaradıcılıq potensialının və yüksək mənəvi dəyərlərinin parlaq təcəssümüdür.

Onun sözlərinə görə, Qərbi Azərbaycanın memarlıq abidələri, qədim qəbiristanlıqları, qoç və at fiqurlu daş abidələri, aşıq sənəti, folklor nümunələri, toponimləri, adət-ənənələri və mənəvi dəyərləri tarixi yaddaşın canlı daşıyıcılarıdır. Bu zəngin irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə çatdırılması mühüm milli-mənəvi vəzifələrdən biridir.

Məhluqə Qaramanlı çıxışında Qərbi Azərbaycandan deportasiya olunmuş ailələrin taleyinə də xüsusi diqqət ayırdığını bildirib. O qeyd edib ki, ailəsi 1988-ci ildə Qaraqoyunlu mahalının Dilican dərəsinin Çəmbərək (Krasnoselo) rayonunun Yanıqpəyə kəndindən zorla çıxarılıb və hazırda Şamaxı rayonunun Mədrəsə kəndində məskunlaşıb.

Məruzədə vurğulanıb ki, Qərbi Azərbaycana qayıdış ideyası yalnız tarixi ədalətin bərpası deyil, həm də milli yaddaşın, mədəni irsin və mənəvi dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Konqres çərçivəsində Ordubad və Kəngərli rayonlarında keçirilən tədbirlərdə iştirak etdiyini bildirən Məhluqə Qaramanlı, Qərbi Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərlə yaxından tanış olmaq imkanının yarandığını da qeyd edib.

Aynur Camal

Oxşar xəbərlər

Deputat Malayziya Senatının Prezidenti ilə viza liberallaşdırılmasını müzakirə etdi

Aynur Camal

Vüqar Bayramov: Malayziya iş adamları Azərbaycanla qeyri-neft sektorunda əməkdaşlıqda maraqlıdır

Aynur Camal

Bağ evində qalan tikinti materiallarından nə hazırlamaq olar: faydalı və sadə ideyalar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu