Dünya

Qəzzalı fələstinlilər: Yaşadıqlarımız 1948-ci il Nekbəsi ilə müqayisə edilə bilməz

Bugun.tv xəbər verir ki, Qəzza zolağında yaşayan fələstinlilər 2023-cü ilin oktyabrından bəri davam edən İsrail hücumlarının, 1948-ci ildə yaşanan Nekbə faciəsindən belə daha ağır olduğunu bildirirlər. Çadırlarda yaşayan sakinlər illər əvvəl ata-babalarının yaşadığı faciənin indi daha böyük miqyasda təkrarlandığını deyirlər.

Qəzzada məcburi köçkün vəziyyətində yaşayan minlərlə ailə çətin humanitar şəraitlə üz-üzə qalıb. İnsanlar qışda soyuqdan, yayda isə dözülməz istidən əziyyət çəkdiklərini, ərzaq və içməli su çatışmazlığı yaşadıqlarını bildirirlər. Çadırlarda yaşayan sakinlər həmçinin xəstəlik, dağıntılar və təhlükəsizlik problemləri ilə gündəlik mübarizə apardıqlarını deyirlər.

Beyt Hanun sakini Abdulkərim Akl bildirib ki, İsrail hücumlarından əvvəl fermerliklə məşğul olub və normal həyat yaşayırdı. Onun sözlərinə görə, hazırda Qəzzada yaşananlar “Nekbə” sözündən də ağırdır.

“Qəzzada baş verənlərin dünyada bənzəri yoxdur. İnsanlar sadəcə sağ qalmaq uğrunda mübarizə aparır. Hər gecə yatanda sabaha çıxıb-çıxmayacağını bilmirsən”, – deyə o bildirib.

Akl həmçinin qeyd edib ki, aclıq və blokada səbəbindən həm insanlar, həm də heyvanlar ağır vəziyyətə düşüb. O, insanların su və yemək növbələrində saatlarla gözlədiyini vurğulayıb.

61 yaşlı İsmihan Hıleyf isə bildirib ki, əvvəllər sadə, lakin sakit həyat yaşayırdılar. İndi isə təhlükəsizlik, qida və tibbi xidmətlərin olmadığı şəraitdə çadırlarda yaşamağa məcburdurlar.

“Bu artıq həyat deyil, sadəcə sağ qalmaq mübarizəsidir”, – deyə o qeyd edib.

Digər sakin Ümmü Ala Salim Dib də hazırkı vəziyyəti “böyük soyqırımı” adlandırıb. Onun sözlərinə görə, uşaqlar yaşlarından tez böyüməyə məcbur olublar.

“Normalda bu yaşdakı uşaqlar məktəbə gedər, oynayar və gələcək haqqında düşünərdi. Amma burada uşaqlar su növbəsinə dayanır, odun axtarır və ailələrinə kömək etməyə çalışırlar”, – deyə o bildirib.

Qeyd edək ki, 1948-ci ildə İsrail dövlətinin yaradılması zamanı yüz minlərlə fələstinli öz torpaqlarını tərk etməyə məcbur olmuşdu. Fələstinlilər həmin hadisələri “Nekbə” – yəni “Böyük Faciə” adlandırırlar.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Üç günlük atəşkəs Rusiyanın Ukraynaya yeni hücum dalğası ilə başa çatdı

Aynur Camal

Yeniyetmə yataq otağı instalyasiyası Ukraynadan oğurlanan uşaqlara diqqət çəkir

Aynur Camal

Trumpın media şirkəti yenidən milyonlarla dollar zərər açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu