16 C
Baku
18 Aprel 2024, 23:20
Baş xəbərMədəniyyət

“Qardaşlıq Dastanı” Azərbaycana gəlir!

“Qardaşlıq Dastanı” Azərbaycana gəlir! “Bu türk xalqlarının ortaq mədəniyyətinin təzahürüdür”.

  Bugün.tv-ə daxil olan məlumata əsasən, “Alagöz Kültür Sanat”ın istehsalı və “Umya Az” MMC-nin rəsmi təşkilatçılığı ilə gerçəkləşən “Qardaşlıq dastanı” teatral rəqs nümayişi layihəsinin bədii rəhbəri Serhat Turakdı.

   Təşkilatçılardan olan Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç mətbuata açıqlamasında bildirib ki, “Qardaşlıq dastanı” 6 illik araşdırma və 18 aylıq səhnə məşqlərindən sonra 100-dən çox türkiyəli və azərbaycanlı rəqqas və teatr aktyorunun zəhməti ilə səhnələşdirilən möhtəşəm tarixi epik sənət əsəridir. Burada eramızdan 2 min il öncə cərəyan edən qədim türk, Azərbaycan tarixi və mifologiyası, Nuh tufanından başlamış Qarabağ savaşına qədər geniş zaman kəsiyini əhatə edən, Anadolu və Qafqaz xalqlarının amansız mübarizəsi, həmrəyliyi, həyat sevgisi, sevinc və kədəri, bir sözlə Azərbaycan və Türkiyə xalqlarının sarsılmaz qardaşlığından bəhs edilir.      İki pərdə və 12 səhnədən ibarət olan “Qardaşlıq dastanı” film-tamaşası ilk dəfə 2021-ci ildə Türkiyədə səhnəyə qoyulub və İstanbul, Ankara, İzmir, Konya və ölkənin bir çox böyük şəhərlərdə nümayiş etdirilib.

    “Bu ilin sonu dünya turuna çıxacaq ansamblın ilk dayanacağı Azərbaycan olacaq. Sonra Almaniya, Şimali Avropa, Meksika, Özbəkistan, Qazaxıstan, Misir, Qətər, Çin və digər ölkələrdə turlarını 2023-cü ilin sonuna qədər davam etdirəcək. “Qardaşlıq dastanı” layihəsi dünyanın 100-dən çox ölkəsində Azərbaycan və Türkiyənin qardaşlığını, iki ölkənin zəngin mədəni irsini və tarixini sənət yolu ilə dünya xalqlarına tanıtmaq, həmçinin Azərbaycan və Türkiyəyə gələcək turistlərin sayını artırmaqla bu iki ölkənin turizm iqtisadiyyatına töhfə vermək məqsədi daşıyır”, – deyə Səlçuk Karakılıç əlavə edib.

  “Umya Medya” şirkətin baş meneceri Valeh Əlizadənin sözlərinə görə, məqsəd ortaq media qurmaqla özümüzü dünyaya tanıtmaqdır. Buna görə də “Qardaşlıq dastanının” dünya turunu Azərbaycandan başlamağa qərar verdik. “Biz hər bir qarşılıqlı səhnələrdə bir tərəfdən Nizami Gəncəvini digər tərəfdən Mövlana Cəlaləddin Rumini tanıtmağa çalışırıq. Hər bir 10 dəqiqəlik səhnələrdə biz vacib mesajları ötürməyə çalışırıq. Çünki insanlar qalın kitablar oxumadığı üçün ekranda göstərilən səhnələrə baxmağa üstünlük verir. Bu, həm böyük, həm də azyaşlı uşaqlar tərəfindən izlənilə bilər”. Sitatın sonu.         Qeyd edək ki, Mədəniyyət Nazirliyi və Bakı Yunus Əmrə İnstitutunun dəstək verdiyi bu layihə ilk çıxışını dekabrın 17-18-də Gəncə Dövlət Filarmoniyasında, 20-21-22-də Bakıda, Heydər Əliyev Sarayında gerçəkləşdirəcək.

Aynur Camal

Oxşar xəbərlər

Tovuzda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb – FOTO

Teymur Əziz

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid oldu

Aynur Camal

Ərəb Dövlətləri Liqası Suriyanı təşkilata qaytardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu