Həkim qarpız və yemiş tumlarının atılmamalı, əksinə qida rasionuna əlavə edilməli olduğunu bildirib.
Mail.ru Health-in məlumatına görə, mütəxəssis deyir ki, bu tumlar zülal, faydalı yağlar, maqnezium, sink və E vitamini ilə zəngindir. 30 qram yemiş tumu gündəlik maqnezium ehtiyacının 40%-ni ödəyir. Bu da ürək, əzələlər və sinir sistemi üçün faydalıdır.
Tərkibindəki antioksidantlar iltihabı azaldır, dəri və saçın vəziyyətini yaxşılaşdırır. Lif isə həzmi tənzimləyir və toxluq hissi verir.
Lakin həkim xəbərdarlıq edir: çiy halda həzm etmək çətin olur. Ona görə tumları əvvəlcə qurudub, sonra sobada 160 dərəcədə 10-15 dəqiqə qovurmaq lazımdır. Duz və şəkər əlavə etmədən yemək daha faydalıdır.
Gündəlik norma 20-30 qramdır. Böyrək daşı və mədə xorası olanlara çox yemək məsləhət görülmür.
Mənbə: Mail.ru
