Image default
Baş xəbərKriminal

Quldurluq hadisəsi baş verib

 Bugun.tv xəbər verir ki, Yasamal rayon ərazisində quldurluq törədilib. “Khazar” markalı avtomobildə olan 2 sərnişin maşını idarə edən şəxsi əllə boğmağa cəhd göstəriblər. Bu zaman sürücü avtomobili tərk etməli olub. Həmin şəxslər isə nəqliyyat vasitəsini qaçırıblar. Hadisə ilə bağlı polisə məlumat verilib.

Daxili İşlər Nazirliyindən bildirilib ki, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Xırdalan ərazisindən tapılıb. Polis əməkdaşları quldurluğu törətməkdə  şübhəli bilinən Ağsu rayon sakini Vasif Mikayılovla Abşeron sakini Bəymurad Ənvərlini saxlayıb.

Qeyd edək ki, onlar əvvəllər də müxtəlif maddələrlə həbs olunublar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

Anar İsgəndərov: Həsən bəy Zərdabi ilə başlanan Milli Mətbuatımız

Aynur Camal

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi yayılan iddialarla bağlı rəsmi açıqlama verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu