Baş xəbərDünya

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb

Rusiya yeni antigen tərkibli COVID-19 peyvəndi hazırlayıb.

İnterfaks” xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Araşdırma Mərkəzinin direktoru Aleksandr Gintsburq bildirib.

O, qeyd edib ki, COVID-19-un yeni “delta-omikron” ştamının yaranması nəzərə alınaraq yeni antigen tərkibli peyvənd hazırlanıb.

Hazırda “Səhiyyə Nazirliyindən “Sputnik V”nin bir antigen tərkibini digəri ilə əvəz etməyə imkan verəcək reqlamentin tətbiqini gözləyirik”, – o deyib.

“Mövcud “Sputnik” peyvəndi əvvəlki ştamlarla müqayisədə yeni “omikron”a qarşı daha pis mübarizə aparır”, – direktor bununla bağlı suala cavabında vurğulayıb.

“Delta-omikron”un yeni ştamının ortaya çıxması hələ də rekombinasiyaya əsaslanan dəyişkənlik yollarının olduğunu göstərir. Əgər iki fərqli virus eyni vaxtda hüceyrəyə daxil olsa, onlar özlərinin bir hissəsini bir-biri ilə mübadilə edə bilərlər”, – Gintsburq əlavə edib.

Aynur Camal

Oxşar xəbərlər

İrlandiya Şimali İrlandiya ilə birləşmə ehtimalını araşdıracaq xüsusi qurum yaradır

Aynur Camal

Kommunist Partiyasından rekord sayda yüksək vəzifəli şəxs xaric edildi

Aynur Camal

Karbon tutma texnologiyası iqlim böhranının həlli ola bilərmi? Yeni araşdırma suallar yaradır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu