Putin, Tramp, Si Cinpin, Çin, Rusiya ABŞ münasibətləri, üçtərəfli görüş, Yuri Uşakov, beynəlxalq siyasət
Dünya

Rusiyanın FHN mobil tətbiqinə kiberhücum olub, əhaliyə saxta bildirişlər göndərilib

Rusiyanın Fövqəladə Hallar Nazirliyinin mobil tətbiqinə kütləvi kiberhücum həyata keçirilib. Hadisədən sonra istifadəçilərə həqiqəti əks etdirməyən məlumatlar göndərilib.

Bugun.Tv xəbər verir ki, bu barədə “Mail.ru” məlumat yayıb.

Rusiya FHN-in açıqlamasına görə, naməlum şəxslər mobil tətbiqin imkanlarından istifadə edərək əhaliyə saxta bildirişlər göndəriblər. Hazırda mütəxəssislər tətbiqin normal fəaliyyətinin bərpası və təhlükəsizlik boşluğunun aradan qaldırılması istiqamətində iş aparırlar.

Nazirlik vurğulayıb ki, kiberhücum ölkənin ümumi xəbərdarlıq sisteminə təsir göstərməyib. Əhali təhlükəli hadisələr barədə məlumatları sirenlər, səsucaldanlar, SMS bildirişləri, televiziya və radio vasitəsilə almaqda davam edir.

Qurum mobil tətbiqin yalnız əlavə məlumatlandırma vasitəsi olduğunu bildirib və vətəndaşları təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb. Əhaliyə rəsmi məlumatları yalnız FHN-in internet səhifəsindən və təsdiqlənmiş sosial şəbəkə hesablarından izləmək tövsiyə olunub.

Hücumun arxasında hansı şəxslərin və ya qrupların dayandığı barədə məlumat verilməyib.

Mənbə: Mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Kalininqradda tikilən yeni radar Avropanın böyük hissəsini izləyə bilər

Aynur Camal

Karib dənizində 50-dən çox ölkənin lideri mühüm sammit üçün toplaşır

Aynur Camal

60 ildən sonra nadir böcəyin yenidən çoxaldığına dair sübut tapıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu