Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynaya gecə saatlarında həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları (PUA) hücumları nəticəsində azı 4 nəfər həlak olub, 10 nəfər yaralanıb.
Deutsche Welle-nin yaydığı məlumata görə, Sumı vilayətində yaşayış evinə endirilən pilotsuz aparat zərbəsi nəticəsində iki qadın, yaşlı kişi və iki yaşından kiçik uşaq həyatını itirib. Hücum zamanı daha üç nəfər yaralanıb.
Prezident Volodimir Zelenskinin doğulduğu Krivoy Roq şəhərində isə raket zərbəsi nəticəsində 7 nəfərin xəsarət aldığı bildirilib.
Bundan əvvəl Kiyevə endirilən genişmiqyaslı raket və PUA hücumunda onlarla insanın həlak olmasından sonra paytaxtda iyulun 3-ü matəm günü elan edilib. Şəhərdə dövlət bayraqları endirilib, əyləncə tədbirləri ləğv olunub.
Ukrayna rəsmiləri axtarış-xilasetmə işlərinin davam etdiyini bildirərkən, BMT-nin Baş katibi António Quterreş mülki əhaliyə qarşı hücumları pisləyərək tərəfləri atəşkəsə çağırıb.
Mənbə: Reuters

