Image default
DünyaSiyasət

Rusiyanın Kiyevə raket hücumu: 11 nəfər öldü, onlarla yaralı var

Bugun.tv xəbər verir ki, Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında endirdiyi raket zərbələri nəticəsində azı 11 nəfər həlak olub, 46 nəfər yaralanıb.

Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, yaralananlar arasında 5 uşaq da var. Xilasedicilər qismən dağılan yaşayış binalarının dağıntıları altında qalan insanları xilas etmək üçün axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.

Kiyev meri Vitali Kliçko isə Rusiyanın ballistik raketlərinin şəhərin müxtəlif rayonlarında yaşayış binalarına zərbə endirdiyini, nəticədə bir neçə çoxmərtəbəli binada yanğın baş verdiyini açıqlayıb. Hücum zamanı anbarlara və avtomobil təmiri sexinə də ziyan dəyib.

Yerli hakimiyyətin yaydığı görüntülərdə dağıntılar altında qalan binalar, yanan avtomobillər və hadisə yerində çalışan xilasedicilər əks olunub.

Ukrayna hakimiyyəti Rusiyanı mülki obyektləri qəsdən hədəfə almaqda ittiham edib. Rusiya isə hücumların Ukraynanın son günlər Rusiyanın enerji və infrastruktur obyektlərinə endirdiyi zərbələrə cavab olaraq hərbi və enerji obyektlərinə yönəldiyini iddia edib.

Bu arada qarşılıqlı hücumlar gecə boyu davam edib. Rusiyanın nəzarətində olan Krımın Sevastopol şəhərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranıb.

Ukrayna Prezidenti Volodimir Zelenski NATO sammiti ərəfəsində müttəfiqlərinə müraciət edərək, Ukraynaya hava hücumundan müdafiə sistemləri və uzaqmənzilli raketlərin tədarükünün gecikdirilməməsini istəyib. O bildirib ki, hər gecikmə yeni insan itkilərinə səbəb olur və Rusiyanı müharibəni davam etdirməyə həvəsləndirir.

Zelenski eyni zamanda ABŞ-dan Patriot hava hücumundan müdafiə raketlərinin Ukraynada istehsalı üçün lisenziya verilməsini xahiş edib.

Mənbə: Trt.haber

Aynur Camal

Oxşar xəbərlər

Toz fırtınası təşviş yaratdı: Hava dəhşətli dərəcədə pisləşdi

Aynur Camal

Almaz tozundan kvant sensorları hazırlanır

Aynur Camal

Mütəxəssislər isti havada susuz qalmamaq üçün əsas qaydaları açıqlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu