14 C
Baku
28 Mart 2024, 20:24
Baş xəbər

Şagirdlərin yemək hazırlamaları ilə bağlı görüntülərə görə direktor CƏZALANDIRILDI

Paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlamaları ilə bağlı yayılan videogörüntü ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

İdarədən Bugun.tv-nin sorğusuna cavab olaraq bildirilib ki, araşdırma nəticəsində vəzifə funksiyalarını yerinə yetirərkən məsuliyyətsizliyə yol verdiklərinə görə 48 nömrəli tam orta məktəbin direktoru Aynurə Bağırovaya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Solmaz Çobanovaya isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, töhmət verilib.

Qeyd edək ki, müvafiq videogörüntü ötən tədris ilində (16 may 2022-ci il) çəkilib. Həmin vaxt məktəb rəhbərliyi tərəfindən sinif rəhbəri, müəllim və məktəb psixoloqu barəsində intizam tənbeh tədbiri görülüb.

Xatırladaq ki, bir müddət əvvəl paytaxtdakı 48 nömrəli tam orta məktəbdə şagirdlərin yemək hazırlaması ilə bağlı videogörüntülər yayılmışdı.

Nigar Məmmədova

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması tarixi hadisədir

Bugün TV

Avtobus qəzasında həyatını itirənlərin sayı 8-ə yüksəldi

Bugün TV

Xankəndi-Laçın yolundan 451 avtomobil maneəsiz keçid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu