Bugun.tv xəbər verir ki, Yaponiyada aparılan kiçik bir araşdırmada sarıkök (Curcuma longa) ekstraktının tərkibində olan bəzi maddələrin yüngül koqnitiv pozuntusu olan insanlarda yaddaş və diqqət göstəricilərinə müsbət təsir göstərə biləcəyi müəyyənləşdirilib.
Mail.ru-nun məlumatına görə, Kanagava Diş Universitetinin alimləri sarıkök ekstraktında olan bisakurоn və turmeronolları araşdırıblar. Dörd ay davam edən tədqiqatda 13 nəfər iştirak edib. Təcrübənin sonunda 10 iştirakçının nəticələri rəqəmsal koqnitiv testlərlə qiymətləndirilib.
Nəticələrə əsasən, iştirakçıların yaddaş, diqqət və işçi yaddaşla bağlı bəzi göstəricilərində yaxşılaşma müşahidə olunub. Eyni zamanda rəqəmsal testlərin nəticələrinə əsasən hesablanan “beyin yaşı” da aşağı düşüb.
Alimlər bildirirlər ki, beyin yaşı insanın təqvim yaşından fərqli ola bilər. Bu göstərici beynin funksional və struktur vəziyyətinin yaş qrupları üzrə orta göstəricilərlə müqayisəsini əks etdirir.
Bununla belə, tədqiqatın iştirakçı sayının çox az olması nəticələrin ehtiyatla qiymətləndirilməsini tələb edir. Alimlər vurğulayırlar ki, əldə olunan nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.
Araşdırmanın nəticələri Frontiers in Nutrition jurnalında dərc olunub.
Mənbə: mail.ru
