27 C
Baku
23 Sentyabr 2026, 14:46
Sosial

Somnoloqlar təyyarədə yatmaq üçün ən yaxşı pozanı açıqladılar

Yuxu üzrə mütəxəssislər uzun uçuşlar zamanı rahat istirahət etmək istəyən sərnişinlər üçün ən uyğun yuxu vəziyyətini müəyyən ediblər.

Somnoloqların fikrincə, təyyarədə yatmaq üçün ən yaxşı seçim oturacağı bir qədər arxaya əyərək baş və boynu xüsusi yastıqla dəstəkləməkdir.

Mütəxəssislər bildirirlər ki, tam dik vəziyyətdə və ya başı irəli əyərək yatmaq boyun əzələlərinə əlavə gərginlik yaradır. Pəncərə kənarında oturmaq və başı divara söykəmək isə yuxunun keyfiyyətini artıra bilər. Həmçinin, göz maskası və qulaq tıxaclarından istifadə etmək, kofein və alkoqoldan uzaq durmaq tövsiyə olunur.

Həkimlər qeyd edirlər ki, düzgün seçilmiş yuxu pozası təkcə yorğunluğu azaltmır, həm də uzunmüddətli uçuşlarda bel və boyun ağrılarının qarşısını almağa kömək edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Atatürk Universiteti Bakıda məzunlarını bir araya gətirəcək

Aynur Camal

TTKF ilə “Loqos” arasında əməkdaşlıq memorandumu imzalandı

Aynur Camal

Üzü daha gənc göstərən eynək çərçivələri açıqlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu