Image default
Baş xəbərDünya

Tramp: Biz Qrenlandiya xalqını zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq

ABŞ prezidenti Donald Tramp tez-tez satın almaq istədiyini dilə gətirdiyi Qrenlandiyada xalqın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiklərini və “onları zənginləşdirmək üçün” milyardlarla dollar sərmayə qoymağa hazır olduqlarını bildirib. ABŞ prezidenti Donald Tramp “almaq” istədiyi Qrenlandiya ilə bağlı Truth Social-dan açıqlama verib.

Qrenlandiya xalqının öz gələcəyini təyin etmə haqqını dəstəklədiklərini təkrarlayan Tramp, “İkinci Dünya Müharibəsindən bəri olduğu kimi sizi qorumağa davam edəcəyik. Yeni iş yerləri yaratmaq və sizi zənginləşdirmək üçün milyardlarla dollar sərmayə qoymağa hazırıq” dedi.

Tramp qeyd edib ki, əgər qrenlandiyalılar istəsələr, onlar da ABŞ-ın bir hissəsi kimi qarşılanacaqlar.

 Trampın Qrenlandiya ilə bağlı açıqlamaları

Tramp ABŞ administrasiyasına yenidən seçildikdən sonra tez-tez Qrenlandiyanı almaq istəyini ifadə edib.

ABŞ lideri 23 dekabr 2024-cü il tarixində Truth Social hesabındakı paylaşımında Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması ilə bağlı bəyanatını təkrarladı və adaya sahiblik və nəzarətin olmasının “mütləq zərurət” olduğunu müdafiə etdi.

Qrenlandiyanın baş naziri Mute Bourup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik” deyə O, açıqlama verib.

Danimarka Krallığının çətiri altında olan Farer adaları və iki muxtar bölgədən biri olan Qrenlandiya, tərkibində olduğu Danimarkadan 3000 kilometr uzaqlıqda yerləşir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Deputat Ceyhun Məmmədov: Azərbaycan–Fələstin münasibətləri strateji əməkdaşlığın yeni mərhələsinə qədəm qoyur

Aynur Camal

The Guardian: Zelenskinin müdafiə nazirini vəzifədən uzaqlaşdırması Ukraynada və Qərbdə narahatlıq yaratdı

Aynur Camal

Endokrinoloq həftədə ən azı iki dəfə bu giləmeyvəni yeməyi tövsiyə etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu