Səhiyyə

Təbiətə müdaxilə: 32 milyon laboratoriya ağcaqanadı sərbəst qala bilər

Texnologiya nəhəngi Google ölümcül virusların yayılmasının qarşısını almaq məqsədilə ABŞ-ın Kaliforniya və Florida ştatlarında 32 milyon xüsusi yetişdirilmiş ağcaqanadın təbiətə buraxılması üçün federal qurumlara müraciət edib.

Layihə çərçivəsində Qərbi Nil virusu, Zika, Denq qızdırması, Sarı qızdırma və Sent-Luis ensefaliti kimi xəstəlikləri yayan ağcaqanadların sayının azaldılması hədəflənir.

Mütəxəssislərin sözlərinə görə, laboratoriyada yetişdirilən erkək ağcaqanadlar təbii şəkildə mövcud olan “Wolbachia” bakteriyası ilə yoluxdurulur. Bu ağcaqanadlar vəhşi dişi ağcaqanadlarla cütləşdikdə yumurtalar inkişaf edə bilmir və nəticədə zərərverici populyasiya zamanla azalır.

Layihənin tərəfdarları bunu kimyəvi dərmanlamaya alternativ ekoloji üsul hesab etsələr də, bəzi sakinlər milyonlarla laboratoriya mənşəli ağcaqanadın ətraf mühitə buraxılmasının mümkün risklərindən narahat olduqlarını bildirirlər.

Məlumata görə, ağcaqanadların istehsalı, cinsiyyətlərinə görə ayrılması və buraxılması prosesində süni intellekt və robot texnologiyalarından istifadə olunur.

ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyi layihə ilə bağlı ictimai rəyləri iyunun 5-dək qəbul edəcək. Bundan sonra proqramın həyata keçirilib-keçirilməməsinə dair yekun qərar veriləcək.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Saqqız və bəzi məhsullarda istifadə olunan ksilitol ürək-damar riski ilə əlaqələndirilib

Aynur Camal

Alim payızda immuniteti gücləndirməyin 7 qaydasını açıqladı

Aynur Camal

Həkim: qəhvə və çay ömrün uzunluğuna müsbət təsir göstərə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu