Digər

Təzyiqi azaltmağa kömək edən 4 qoz növü açıqlanıb

Bitki mənşəli zülallarla zəngin qidalanma hipertoniyanın yaranma riskini azalda bilər. Mütəxəssislər bildirirlər ki, düzgün qidalanma arterial təzyiqin normada saxlanmasına kömək edir və bu baxımdan qoz-fındıq məhsulları rasionun vacib hissəsinə çevrilə bilər.

Health portalına istinadən verilən məlumata görə, bəzi qoz növlərinin müntəzəm istifadəsi təzyiqin yumşaq şəkildə azalmasına və damarların vəziyyətinin yaxşılaşmasına kömək edir. Bu məhsullar sırasında badam, qoz, püstə və keşyu xüsusi qeyd olunur.

Qeyd edilir ki, bu qidalar faydalı yağlar, maqnezium, kalium və L-arginin adlı amin turşusu ilə zəngindir. L-arginin orqanizmdə azot oksidinin yaranmasına kömək edir ki, bu da damarların genişlənməsinə və nəticədə təzyiqin azalmasına səbəb olur.

Mütəxəssislər vurğulayır ki, qoz-fındıq məhsullarının normada qəbulu ürək-damar sağlamlığını dəstəkləyən pəhrizin bir hissəsi ola bilər.

Bununla yanaşı, onlar xəbərdarlıq edirlər ki, bu məhsullar yüksək kalorilidir. Ən yaxşı nəticə isə onların ayrıca “müalicə vasitəsi” kimi deyil, balanslaşdırılmış qidalanmanın tərkib hissəsi kimi istifadəsi ilə əldə olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Yaxın Şərqdəki gərginlik Yaponiyada plastik məhsul qıtlığı yaratdı

Aynur Camal

Everestdə yeni sürət rekordu: ABŞ-li alpinist zirvəyə 9 saat 55 dəqiqəyə çatdı

Aynur Camal

İran: xarici güclər ölkəyə qarşı “yumşaq müharibə” metodlarından istifadə edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu