Baş xəbərSiyasət

Ukrayna müstəqillik məsələsində heç vaxt güzəştə getməyəcək

Ukrayna Rusiya ilə davam edən müharibədə öz müstəqilliyi və ərazi bütövlüyü məsələlərində heç vaxt güzəştə getməyəcək.

Bugün.tv xəbər verir ki, bunu Yaponiyanın NHK ictimai televiziya kanalına müsahibəsində Ukrayna prezidentinin aparat rəhbəri Andrey Yermak deyib.

Yermak qeyd edib ki, növbəti bir neçə ay döyüş meydanında Ukrayna qoşunları üçün əsas olacaq.O, bildirib ki, bu müharibədə döyüşlər qışa qədər davam edərsə, Ukraynanın öz ərazilərini geri qaytarması daha çətin olacaq.

“Biz müzakirələrimizi vaxtı gələnə qədər  bütün mümkün tədbirlərin görülməsinə yönəldəcəyik”-deyə A.Yermak  bildirib.

Yermak həmçinin ABŞ və Qərb müttəfiqlərini Rusiyaya qarşı əlavə sanksiyalar tətbiq etməyə çağırıb.

Bugün TV

Oxşar xəbərlər

Alimlər xoşbəxtliyin əsas amillərindən birinin səmimi ünsiyyət qurmaq olduğunu bildirirlər

Aynur Camal

Ərdoğan: XXI əsr “Türk dünyasının əsri” olacaq

Aynur Camal

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu