15 C
Baku
30 Aprel 2026, 17:38
Digər

Ukrayna parlamenti hərbi vəziyyət və səfərbərliyi daha 90 gün uzatdı

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətinin uzadılması ilə bağlı qərar qəbul edib. Bugün keçirilən səsvermədə deputatlar hər iki tədbirin daha 90 gün davam etməsinə razılıq veriblər.

Parlament üzvü Yaroslav Jeleznyak bildirib ki, 315 deputat 4 maydan 2 avqust tarixinədək hərbi vəziyyətin uzadılmasına səs verib. Eyni dövr üçün ümumi səfərbərliyin davam etdirilməsini isə 304 qanunverici dəstəkləyib.

Qeyd olunub ki, bu qərar 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri parlament tərəfindən təsdiqlənən 19-cu belə addımdır.

Məlumata görə, müvafiq qanun layihələri Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən parlamentə təqdim olunub.

Mənbə: AnadoluAgentliyi

Aynur Camal

Oxşar xəbərlər

Kefir hipertoniklər və diabet xəstələri üçün faydalı hesab edildi

Aynur Camal

Putin və Tramp Zelenskiyə mesaj göndərdi

Aynur Camal

Donald Tramp: İranla danışıqları telefon vasitəsilə aparırıq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu