DünyaSəhiyyə

ÜST: Konqonun şərqində münaqişə Ebola böhranını dərinləşdirir

Bugun.tv xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Konqo Demokratik Respublikasının şərqində artan zorakılığın Ebola epidemiyasını daha da ağırlaşdırdığını açıqlayıb.

ÜST rəhbəri bildirib ki, İturi əyalətində yayılan Ebola epidemiyası artıq nəzarətdən çıxmaq üzrədir. Onun sözlərinə görə, silahlı qarşıdurmalar və insanların kütləvi şəkildə köçkün düşməsi xəstəliyin qarşısının alınması istiqamətində görülən tədbirləri çətinləşdirir.

Tedros Adhanom Qebreyesus qeyd edib ki, bölgədə yayılan Ebola virusunun Bundibugyo ştammına qarşı təsdiqlənmiş peyvənd və ya müalicə mövcud deyil. O vurğulayıb ki, səhiyyə müəssisələrinə hücumlar yoluxma zəncirinin izlənməsini demək olar ki, mümkünsüz edib.

ÜST rəhbəri münaqişə tərəflərini dərhal atəşkəsə çağıraraq humanitar missiyalar üçün təhlükəsiz şərait yaradılmasının vacibliyini bildirib.

Məlumata görə, Konqonun şərqində fəaliyyət göstərən çoxsaylı silahlı qruplar səbəbindən yüz minlərlə insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri isə Ebola riskinin artıq bir sıra Afrika ölkələrinə yayıldığını açıqlayıb.

Mənbə: Anadolu Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Livana hücumlar davam edir, bölgədə gərginlik artır

Aynur Camal

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Aynur Camal

“Kollecə hücumun arxasında Qərb xüsusi xidmət orqanları dayanır”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu