4 fevral Ümumdünya Xərçənglə Mübarizə Günü bir çox dünya mütəxəssislərin məsləhətlər verib.
Onların sözlərinə görə, xərçəngdən qorunmaq üçün bəzi sadə, amma effektiv üsullar həyatınızı qoruya bilər.
Hər nə qədər sağlam həyat tərzi və düzgün qidalanma xərçəngin qarşısını tam almasa da, şəxsi riskinizi əhəmiyyətli dərəcədə azalda bilər.
1. Siqaret çəkməyin. Tütün məhsulları ağciyər, ağız, boğaz, mədəaltı və digər xərçəng növləri riskini artırır. Passiv siqaret də təhlükəlidir.
2. Günəşdən qorunun. Dəri xərçəngi ən yayılmış və qarşısı alınabilən xərçəngdir. Günəşdən qoruyucu krem (SPF 30+) istifadə edin və birbaşa günəş şüalarından uzaq durun.
3. Sağlam çəki qoruyun. Artıq yağ toxuması bədənin hormon balansını dəyişdirərək şiş yaranma riskini artırır. Bədən kütlə indeksiniz 18,5–24,9 arasında olmalıdır.
4. Hərəkətli olun. Həftədə ən az 150 dəqiqə orta səviyyəli fiziki aktivlik (piyada gediş, velosiped, üzgüçülük) və ya 75 dəqiqə intensiv məşq tövsiyə olunur.
5. Bitki mənşəli qidalar yeyin. Günlük pəhrizdə tərəvəz, meyvə, paxlalılar və tam taxıllar olmalıdır. Bunlar hüceyrələri qoruyan antioksidantlar və liflə zəngindir.
6. Fast-food və şəkərli qidalardan uzaq durun. Zərərli yağ və sadə karbohidratlar bədəni yorur və xərçəng riskini artırır.
7. Qırmızı ət və prosesslənmiş ət məhsullarını məhdudlaşdırın. Həftədə 3 dəfə və 300–500 qramdan çox olmayacaq şəkildə istehlak edin. Protein mənbəyi kimi balıq, toyuq, yumurta və paxlalılara üstünlük verin.
8. Şəkərli içkilərdən uzaq durun. Qazlı içkilər, hazır meyvə şirələri və enerji içkiləri obezlik və hormon pozuntularına səbəb olur.
9. Alkoqolu məhdudlaşdırın. Spirtli içkilər qaraciyər, böyrək və bağırsaq xərçəng riskini artırır.
10. Peyvənd olun. Hepatit B və HPV vaksinləri xərçəng riskini azaldır.
11. Vaxtında skrininqlərdən keçin. Dəri, döş, prostat və digər xərçəng növlərinin erkən aşkarlanması müalicənin uğurunu artırır.
Mənbə: mail.ru
