Baş xəbər

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat etdi

Azərbaycanın tanınmış teatr və kino aktrisası, Xalq artisti Elmira Şabanova dünyasını dəyişib. Sənətkarın vəfatı Azərbaycan mədəniyyət ictimaiyyətində və onu sevən tamaşaçılar arasında dərin kədərlə qarşılanıb.

Bugun.tv xəbər verir ki, Xalq artistinin vəfatı barədə qızı, kinoşünas Leyla Şabanova məlumat verib.

Onun sözlərinə görə, anası noyabrın 25-də saat 16:00 radələrində xəstəxanada vəfat edib. Aktrisa bir neçə gün əvvəl səhhətində yaranan ciddi problemlə əlaqədar xəstəxanaya yerləşdirilmiş və reanimasiya şöbəsində müalicə alırmış.

Elmira Balahüseyn qızı Şabanova 1940-cı il noyabrın 1-də Bakıda anadan olub. O, Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyorluq və rejissorluq təhsili alıb. Uzun illər pedaqoji fəaliyyətlə də məşğul olan sənətkar 1962–1997-ci illərdə müəllim və dosent kimi çalışaraq aktyor və rejissor kadrlarının yetişməsinə töhfə verib.

Elmira Şabanova “Azərbaycanfilm” kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb. “Qəm pəncərəsi” filmində yaratdığı Həmidə xanım obrazı onun yaradıcılığında xüsusi yer tutur. Aktrisa “Səhər”, “Ötən ilin son gecəsi”, “Gecə qatarında qətl” və digər ekran əsərlərində də yaddaqalan obrazlar yaradıb.

Sənətkar 2000-ci ildə Əməkdar artist, 2006-cı ildə isə Xalq artisti fəxri adına layiq görülüb. O, həmçinin Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub.

Xalq artisti ilə vida mərasimi noyabrın 26-da saat 11:00-da Təzəpir məscidində keçiriləcək. Daha sonra sənətkar Yasamal qəbiristanlığında, həyat yoldaşı Rüfət Şabanovun yanında dəfn olunacaq.

Bugun.tv kollektivi mərhum sənətkarın ailəsinə, yaxınlarına və sənət dostlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!

Aynur Camal

Oxşar xəbərlər

Araşdırma: təbii qoxu daha cəlbedici ola bilər

Aynur Camal

BBC-nin məşhur uşaq proqramları Netflix-də yayımlanacaq

Aynur Camal

Yatmazdan əvvəl hansı qidaları yemək məsləhətdir? Dietoloqlar tövsiyələrini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu