Səhiyyə

Yanlış seçilmiş büstqalter sağlamlıq üçün təhlükə yarada bilər

Fizioterapevt Mariana Malatsotto qadınları düzgün seçilməmiş büstqalterin ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi ilə bağlı xəbərdar edib. Onun açıqlaması “Terra” nəşrində dərc olunub.

Mütəxəssis bildirib ki, bir çox qadın büstqalter seçərkən yalnız xarici görünüşə diqqət yetirir. Halbuki, düzgün dəstək verməyən və sinənin ağırlığını düzgün bölüşdürməyən modellər orqanizmdə müxtəlif narahatlıqlara yol aça bilər.

Mariana Malatsottonun sözlərinə görə, qabırğa nahiyəsində sıxılma hissi, boyun ağrıları, beldə narahatlıq və çiyinlərdə qayışların dərin iz buraxması ciddi xəbərdaredici əlamətlərdir. Bu hallar büstqalterin ölçüsünün və ya modelinin düzgün seçilmədiyini göstərir.

Həkim qeyd edib ki, uzun müddət yanlış büstqalterdən istifadə etmək duruş pozğunluğuna və onurğa problemlərinə də səbəb ola bilər.

Mənbə: Terra

Aynur Camal

Oxşar xəbərlər

Həkim avqust ayında daha çox istifadə edilməli məhsulları açıqladı

Aynur Camal

Stomatoloq: Dişlərə ağlığı geri qaytarmaq olarmı?

Aynur Camal

Qarpız və yemiş tumlarını yemək olarmı? Onların faydası nədir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu