Mathieu van der Poel, cyclo-cross dünya çempionatı, velosiped idmanı, UCI, dünya çempionu, idman xəbərləri, Niderland idmançısı
Dünya

Yayda arıqlamağın ən effektiv yolu açıqlanıb

Bugun.tv xəbər verir ki, mütəxəssislər yay aylarında arıqlamaq istəyənlər üçün ən səmərəli fiziki fəaliyyət növlərindən birinin 🚴 -velosiped sürmək olduğunu bildiriblər. Onların sözlərinə görə, velosiped sürərkən yandırılan kalori miqdarı sürətə, bədən çəkisinə, marşrutun çətinliyinə və məşqin müddətinə görə dəyişir.

Beynəlxalq LEVITA studiyalar şəbəkəsinin təlim və keyfiyyətə nəzarət şöbəsinin rəhbəri Anna Kravçenko bildirib ki, sakit tempdə bir saat velosiped sürmək orta hesabla 300–400 kilokalori, daha intensiv sürüş zamanı isə 600–900 kilokalori yandırmaq mümkündür.

Mütəxəssis qeyd edib ki, velosiped sürmək təkcə arıqlamağa deyil, həm də ürək-damar sisteminin möhkəmlənməsinə, dözümlülüyün, koordinasiyanın və tarazlığın yaxşılaşmasına kömək edir. Bu zaman ayaq, omba və gövdə əzələləri aktiv işləyir, eyni zamanda oynaqlara düşən yük qaçışla müqayisədə daha az olur.

Anna Kravçenko vurğulayıb ki, arıqlamaq üçün əsas şərt təkcə çox kalori yandırmaq deyil, fiziki aktivliyi gündəlik həyat tərzinə çevirməkdir. Onun sözlərinə görə, işə velosipedlə getmək, axşam gəzintiləri və həftəsonu velosiped turları həm arıqlamağa, həm də sağlam həyat tərzinin formalaşmasına kömək edir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Qastroenteroloq: İki boşqab yemək həmişə zərərli deyil

Aynur Camal

Alimlər dünyanın ən zəhərli yosun növünü müəyyən etdilər

Aynur Camal

Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu