10 C
Baku
23 Aprel 2026, 20:31
Digər

Zərdəçal: sağlamlığa faydaları və necə istifadə edilməlidir

Zərdəçal – elmi adı ilə Curcuma longa – həm qida, həm də təbii müalicə vasitəsi kimi minilliklərdir istifadə olunur. O, xüsusilə AyurvedaƏnənəvi Çin təbabətində mühüm yer tutur.

Zərdəçalın əsas faydaları

Zərdəçalın təsir gücü onun tərkibindəki kurkumin maddəsi ilə bağlıdır. Bu maddə:

  • güclü iltihabəleyhinə təsir göstərir
  • antioksidantlarla zəngindir
  • həzm sisteminin fəaliyyətini dəstəkləyir
  • hüceyrələri zədələyən sərbəst radikallarla mübarizə aparır

Mütəxəssislərə görə, zərdəçal yalnız kurkuminlə məhdudlaşmır. Onun tərkibində həmçinin efir yağları – turmeronlar da var ki, onlar da iltihabı azalda və sinir hüceyrələrini qoruya bilər.

Necə istifadə etmək daha faydalıdır?

Zərdəçalı müxtəlif formalarda qəbul etmək mümkündür:

  • toz şəklində yeməklərdə
  • kapsul və əlavələr kimi
  • təzə kök formasında şirə və ya içkilərdə

Onun faydasını artırmaq üçün piperin (qara istiotun tərkib hissəsi) ilə birlikdə istifadə etmək tövsiyə olunur. Bu, kurkuminin orqanizm tərəfindən mənimsənilməsini artırır.

Məşhur istifadə üsullarından biri də “qızıl süd” (haldi doodh) adlanan içkidir – burada zərdəçal süd və ədviyyələrlə birlikdə hazırlanır.

zərdəçal

Həddindən artıq istifadə təhlükəlidir

Həkimlər xəbərdarlıq edir ki, zərdəçalın xüsusilə yüksək dozalı əlavələri bəzi hallarda qaraciyərə zərər verə bilər. Həddindən artıq istifadə:

  • ürəkbulanma
  • mədə narahatlığı
  • allergik reaksiyalar yarada bilər

Kimlər istifadə etməməlidir?

Zərdəçal hər kəs üçün uyğun deyil. Aşağıdakı hallarda ehtiyatlı olmaq lazımdır:

  • qan durulaşdırıcı dərman qəbul edənlər
  • diabet xəstələri
  • öd daşı və ya qaraciyər problemi olanlar
  • hamilə və süd verən qadınlar

Mütəxəssislər qeyd edir ki, zərdəçalın qida əlavəsi kimi istifadəsindən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.

Zərdəçalın növləri

Zərdəçalın müxtəlif növləri mövcuddur. Ən məşhurları:

  • Alleppey – daha tünd rəngli və yüksək kurkumin tərkibli
  • Madras – daha açıq rəngli və nisbətən az aktiv maddəli

Araşdırmalar göstərir ki, Hindistan və Şri-Lankada yetişdirilən zərdəçal daha yüksək keyfiyyətə malik olur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

“ABŞ-ın Hörmüzdə tətbiq etdiyi blokada İranı ağır vəziyyətə salır”

Aynur Camal

Məhəmməd Əsədullazadə: Fransa və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalana bilər

Aynur Camal

Smartfon istehsalçıları Android-in əsas problemini həll etmək üçün birləşdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu