Image default
Dünya

Zaxarova: Zərbələr Kiyev rejiminin hərbi və strateji obyektlərinə endirildi

Bugun.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiya Silahlı Qüvvələrinin Ukraynaya gecə ərzində həyata keçirdiyi kütləvi zərbələrin Kiyev rejiminin hərbi və strateji obyektlərinə yönəldiyini bildirib.

Zaxarova bu barədə Telegram kanalında paylaşım edərək Kiyev meri Vitali Kliçkonun “Kiyev üçün dəhşətli bir gecə idi. Bu, ən böyük hücum idi” sözlərinə istinad edib.

“Yalnız bir şeyi əlavə edə bilərəm: bu, dinc Kiyevə qarşı deyil, Kiyev rejiminin mülki şəxsləri öldürmək üçün istifadə etdiyi hərbi və strateji hədəflərə qarşı yönəlmişdi”, – deyə Rusiya XİN sözçüsü qeyd edib.

Məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Kiyev və digər yaşayış məntəqələrində yerləşən obyektlərə endirilən genişmiqyaslı cavab zərbələrinin nəticələri barədə Prezident Vladimir Putinə məlumat verdiyini açıqlayıb.

Peskov bildirib ki, həyata keçirilən zərbələr yalnız hərbi və ya hərbi təyinatlı obyektləri hədəf alıb.

Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

ABŞ-ın ilk Papası Müstəqillik Günü ərəfəsində Azadlıq Medalı ilə təltif olundu

Aynur Camal

Böyük Britaniyada xidmət sektoru son illərin ən zəif nəticəsini göstərib

Aynur Camal

ABŞ–İran danışıqları neft bazarında qiymətləri aşağı səviyyədə saxlayır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu