Siyasət

Əfqanıstan Hindistan, Çin və Küveytə uçuşları bərpa edəcək

Bugün.tv “The Times of India” istinadən bildirir ki, Əfqanıstanın milli aviaşirkəti Ariana Afghan Airlines yaxın vaxtlarda Hindistan, Çin və Küveytə müntəzəm uçuşları bərpa etməyi planlaşdırır.

“Bizim Hindistana, eləcə də Çin və Küveytə uçuşlarımız tezliklə başlayacaq. Hindistanda çoxlu Əfqanıstan vətəndaşları var, ticarət maraqlarımız bu ölkə ilə bağlıdır”, – deyə aviaşirkətin rəhbəri Rəhmətullah Ağa vurğulayıb.

Hazırda “Ariana Afghan Airlines” aviaşirkətinin təyyarələri Qətərin paytaxtı Dohaya həftədə iki planlı uçuş həyata keçirir, həmçinin yerli aviaşirkətlərə xidmət göstərir.

Əfqanıstanla xarici dünya arasında hava əlaqəsi 2021-ci il avqustun sonunda  (Rusiya Federasiyasında qadağandır) Taliban hakimiyyətə gəldikdən sonra kəsilib

Bugün TV

Oxşar xəbərlər

6 bank və 6 tankerə yeni sanksiyalar

Aynur Camal

Rusiyada benzin qıtlığı və qiymət artımı davam edir

Aynur Camal

ABŞ, Pentaqon Rusiya və Çinə nüvə planı hazırladığı üçün İrana zərbələri dayandırır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu