40 yaşdan sonra sağlamlıq, gəncliyi qorumaq, uzunömürlülük, güc məşqləri, sağlam qidalanma, keyfiyyətli yuxu, fiziki aktivlik, profilaktik müayinə
Dünya

10 min addım qaydası dəyişir: 60 yaşdan sonra gündə nə qədər gəzmək lazımdır?

Bugun.tv xəbər verir ki, yaşlı insanların sağlamlığını qoruması üçün hər gün 10 min addım atmaq məcburi deyil. Yeni araşdırmanın nəticələrinə görə, daha az sayda addım belə ürək-damar sistemi üçün faydalı ola bilər.

Health Mail xəbər verir ki, gəzmək istənilən yaşda əlçatan fiziki aktivlik növüdür. Müntəzəm piyada gəzintilər ürək-damar sistemini möhkəmləndirir, arterial təzyiqin normallaşmasına kömək edir, qanda qlükoza səviyyəsini qoruyur və 2-ci tip diabet riskinin azalmasına şərait yaradır.

60 yaşdan sonra neçə addım kifayətdir?

Yaşlı insanlara gəzintiyə kiçik məsafələrdən, məsələn, gündə 2-3 min addımdan başlamaq və tədricən artırmaq tövsiyə olunur. Əsas meyar insanın özünü necə hiss etməsidir. Yüngül təngnəfəslik normal sayılsa da, oynaq ağrısı və ya başgicəllənmə yarandıqda fiziki yük azaldılmalıdır.

Harvard Universitetinin alimlərinin araşdırmasına 62 yaşdan yuxarı 13 547 qadın cəlb olunub. Nəticələrə görə, həftədə ən azı bir dəfə 4 min addım atan qadınlarda hər hansı səbəbdən vaxtından əvvəl ölüm riski 26 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 27 faiz aşağı olub.

Həftədə üç gün 4 min addım atanlarda isə ümumi ölüm riski 40 faiz azalıb. Tədqiqatçılar bildiriblər ki, uzun və ağır məşqlərdən çox, müntəzəm hərəkətlilik mühüm əhəmiyyət daşıyır.

Mənbə: Health Mail

Aynur Camal

Oxşar xəbərlər

2026-cı il Nobel Kimya Mükafatının qalibləri açıqlandı

Aynur Camal

30 min şagird həftələrlə məktəbdə təhsil ala bilməyəcək

Aynur Camal

Marketlərdə satılan əl sabunu geri çağırıldı: Tərkibində bakteriya aşkarlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu