Səhiyyə

60 yaşdan sonra ürək və oynaqları qoruyan 3 aktivlik açıqlanıb

Bugun.tv xəbər verir ki, gerontoloq Valeri Novoselov 60 yaşdan sonra ürək-damar sistemi və oynaqların sağlamlığını qorumaq üçün ən faydalı fiziki aktivlik növlərini açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, yaş artdıqca hərəkətliliyin qorunması xüsusilə vacibdir. O bildirib ki, müntəzəm gəzinti, üzgüçülük və velosiped sürmək həm ürəyin fəaliyyətinə, həm də oynaq sağlamlığına müsbət təsir göstərir.

Gerontoloq qeyd edib ki, gündəlik sürətli gəzintilər qan dövranını yaxşılaşdırır, ürək xəstəlikləri riskini azaldır və ümumi fiziki formanın qorunmasına kömək edir. Üzgüçülük isə oynaqlara əlavə yük yaratmadan bütün əzələ qruplarını işlədir və yaşlı insanlar üçün ən təhlükəsiz idman növlərindən biri hesab olunur.

Velosiped sürməyin də diz və omba oynaqlarını həddindən artıq yükləmədən əzələləri gücləndirdiyi vurğulanıb. Mütəxəssis bildirib ki, bu fəaliyyətlər müntəzəm şəkildə həyata keçirildikdə hərəkət qabiliyyətinin qorunmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək edir.

Novoselov əlavə edib ki, fiziki aktivliyə başlamazdan əvvəl yaşlı insanların həkim məsləhəti alması və məşqlərin fərdi sağlamlıq vəziyyətinə uyğun seçilməsi vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İstidə niyə buz kimi suya tullanmaq olmaz? – Həkimlərdən xəbərdarlıq

Aynur Camal

Yatmazdan əvvəl narahatedici fikirlərdən qurtulmağın sadə yolu açıqlandı

Aynur Camal

Xroniki narahatlığın əsas əlamətləri hansılardır?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu