Səhiyyə

Həkim orqanizmdə maqnezium çatışmazlığını aradan qaldıran qidaları açıqladı

Maqnezium orqanizm üçün həyati əhəmiyyət daşıyan minerallardan biridir və təxminən 300-ə yaxın vacib fermentin fəaliyyətini tənzimləyir.

Bu barədə RT-yə müsahibəsində rusiyalı dietoloq Марият Мухина məlumat verib.

Həkimin sözlərinə görə, maqneziumu təbii yolla qidalardan almaq mümkündür.

Xüsusilə yaşıl tərəvəzlər bu mineralın əsas mənbələrindəndir.

O bildirib ki, ispanaq, brokkoli, kələm, turşəng, şüyüd və cəfəri kimi məhsullar yüksək miqdarda maqnezium ehtiva edir.

Bundan əlavə, badam, keşyu, günəbaxan tumu, balqabaq tumu, paxlalılar, avokado və kivi də maqnezium çatışmazlığını kompensasiya etməyə kömək edir.

Balıq və dəniz məhsulları — xüsusilə ton balığı, krevet və qızılbalıq da faydalı mənbələr sırasındadır.

Mütəxəssis qeyd edib ki, maqnezium ürək ritminin sabit qalmasını təmin edir, əzələlərin və sinir sisteminin normal fəaliyyətində iştirak edir, həmçinin sinir impulslarının ötürülməsini tənzimləyir. O, bu mineralın stresslə mübarizədə, keyfiyyətli yuxuda və sümük sağlamlığının qorunmasında mühüm rol oynadığını vurğulayıb.

Bununla yanaşı, bəzi məhsullar maqneziumun azalmasına səbəb ola bilər. Həkim alkoqol, qəhvə və qazlı içkilərin bu minerala mənfi təsir göstərdiyini bildirib. Eyni zamanda, dozanın həddindən artıq olması ishal, ürəkbulanma və təzyiqin enməsi kimi fəsadlara yol aça bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Filarmoniyada “Mərhəmət Gecəsi” keçirildi

Aynur Camal

Ürək xəstəlikləri üçün qiymətləndirilməyən risk faktoru açıqlandı

Aynur Camal

Alimlər: Vitamin K yaşlılarda əzələ gücünün azalmasının qarşısını ala bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu