13 C
Baku
24 Aprel 2026, 14:05
Digər

Dmitriyev Putinin G20 sammitinə mümkün dəvəti ilə bağlı danışdı

Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev Rusiya Prezidenti Vladimir Putinin ABŞ-da keçiriləcək G20 sammitinə mümkün dəvəti ilə bağlı açıqlama verib.

RIA Novosti-nin məlumatına görə, Dmitriyev sosial şəbəkədə paylaşımında Rusiyanın həmişə G20 platformasının üzvü olduğunu vurğulayıb. O, bu açıqlamanı The Washington Post nəşrində ABŞ Prezidenti Donald Trumpın Putini Mayamidə keçiriləcək sammitə dəvət edə biləcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

Ağ Evdə keçirilən tədbirdə Tramp Putinin sammitdə iştirakının faydalı ola biləcəyini qeyd edib. Bununla yanaşı, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Pankin də ölkəsinin ABŞ-da baş tutacaq G20 sammitinə yüksək səviyyədə dəvət olunduğunu açıqlayıb.

Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin sammitdə iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar hələ qəbul olunmayıb. Onun sözlərinə görə, Rusiyanın tədbirdə hansı formatda təmsil olunacağı sammitə yaxın dövrdə dəqiqləşdiriləcək.

Qeyd edək ki, G20 sammiti dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən əsas beynəlxalq platformalardan biri hesab olunur.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

ABŞ, İran əməliyyatlarını dəstəkləməyən NATO ölkələrinə sanksiya planı hazırlayır – iddia

Aynur Camal

“Neft obyektlərimizə hücum olarsa, Səudiyyə Ərəbistanının enerji infrastrukturu hədəf alınacaq”

Aynur Camal

Alimlər okeanın dibində tapılan “qızıl kürə”nin sirrini açdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu