Səhiyyə

“Dünyada psixi pozuntular sürətlə artır”

Bugun.tv xəbər verir ki, dünya üzrə psixi sağlamlıq problemlərinin sürətlə artması ilə bağlı yeni statistika yayımlayıb. Məlumata görə, hazırda dünyada hər səkkiz nəfərdən biri müxtəlif psixi pozuntulardan əziyyət çəkir.

Məqalədə qeyd olunur ki, depressiya, təşviş pozuntusu və digər psixoloji xəstəliklər xüsusilə gənclər arasında daha geniş yayılmağa başlayıb. Mütəxəssislər bunun səbəbləri arasında iqtisadi qeyri-müəyyənlik, müharibələr, sosial təzyiqlər və rəqəmsal asılılığı göstərirlər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, hər 43 saniyədə bir nəfər intihar nəticəsində həyatını itirir. Ekspertlər bildirirlər ki, psixi sağlamlıq artıq təkcə tibbi deyil, həm də qlobal sosial və iqtisadi problemə çevrilib.

Araşdırmada həmçinin vurğulanır ki, bir çox ölkələrdə psixoloji yardım xidmətlərinə çıxış hələ də məhduddur və milyonlarla insan vaxtında dəstək ala bilmir. Alimlər və beynəlxalq təşkilatlar hökumətləri psixi sağlamlıq proqramlarına daha çox investisiya ayırmağa çağırırlar.

Mənbə: Aljazeera.Com

Aynur Camal

Oxşar xəbərlər

Yuxunun keyfiyyətini yaxşılaşdıran yeni üsul açıqlandı

Aynur Camal

Alimlər depressiyanın diaqnostikası üçün oyun hazırlayıblar

Aynur Camal

Ebola təhlükəsi böyüyür: ÜST beynəlxalq fövqəladə vəziyyət elan etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu