Image default
DünyaSosial

Həkim səhər yeməyi, nahar və axşam yeməyi üçün ən uyğun saatları açıqladı

Bugun.tv xəbər verir ki, dietoloq və terapevt Svetlana Jernova gün ərzində qidalanma saatlarının insanın enerji səviyyəsinə və həzm sisteminə ciddi təsir göstərdiyini bildirib.

Health Mail.ru-ya danışan mütəxəssis qeyd edib ki, səhər yeməyini oyandıqdan sonra ilk bir saat ərzində qəbul etmək daha faydalıdır. Onun sözlərinə görə, səhər yeməyini gecikdirmək aclıq hormonlarının artmasına və günün sonuna doğru iştahanın nəzarətdən çıxmasına səbəb ola bilər.

Svetlana Jernova vurğulayıb ki, nahar günün əsas qida qəbulu hesab olunur. O bildirib ki, günorta saatlarında orqanizm zülal, yağ və karbohidratları daha yaxşı mənimsəyir və qlükozanı enerji mənbəyi kimi daha effektiv istifadə edir.

Mütəxəssis axşam yeməyinin isə yatmazdan ən azı 3-4 saat əvvəl qəbul edilməsini tövsiyə edib. Onun sözlərinə görə, gec saatlarda ağır yeməklər qəbul etmək yuxu keyfiyyətini pisləşdirir, reflüks və artıq çəki riskini artırır.

Həkim əlavə edib ki, düzgün qidalanmanın əsas şərtləri nizamlı rejim, balanslı rasion və orqanizmin ehtiyaclarını nəzərə almaqdır.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycanda əlil arabasından istifadə edən şəxslər üçün ilk yerli elektrik nəqliyyat vasitəsi təqdim olundu

Aynur Camal

Çin 2030-cu ilədək hər üç avtomobildən birini elektrikli etməyi hədəfləyir

Aynur Camal

Trampın federal komissarları işdən çıxarması ABŞ-da seçki mübahisəsini alovlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu