Səhiyyə

Baş ağrısından qorunmaq üçün düzgün yastıq seçimi vacibdir – Həkimdən tövsiyələr

Somnoloq, tibb elmləri doktoru və professor Roman Buzunov bildirib ki, yastıq seçimi insanın yuxu keyfiyyətinə və səhər özünü necə hiss etməsinə birbaşa təsir göstərir. Onun sözlərinə görə, bahalı və ya məşhur modelin hər kəs üçün uyğun olması demək deyil.

Mütəxəssis qeyd edib ki, universal yastıq mövcud deyil. Bəzi insanlar bahalı ortopedik yastıq aldıqdan sonra boyun nahiyəsində narahatlıq, baş ağrıları və ya yuxu problemləri ilə qarşılaşırlar. Bunun əsas səbəbi isə məhsulun keyfiyyətsiz olması deyil, düzgün seçilməməsidir.

Həkim düzgün yastıq seçmək üçün beş əsas qaydanı açıqlayıb:

İlk növbədə, etibarlı və bazarda nüfuzu olan istehsalçılara üstünlük verilməlidir. Alıcı yastığı sınaqdan keçirmək və özünə uyğun variantı seçmək imkanı əldə etməlidir.

Yastıq seçərkən döşəyin sərtliyi nəzərə alınmalıdır. Yumşaq döşəkdə çiyin daha çox batdığı üçün nazik yastıq uyğun gəlir. Sərt döşəkdə isə baş və boynun düzgün vəziyyətdə qalması üçün daha qalın yastıq seçilməsi tövsiyə olunur.

Mütəxəssis yastığın tərkibinin də önəmli olduğunu vurğulayıb. Təbii tük və lələkdən hazırlanan modellərlə yanaşı, sintetik materiallardan, lateksdən və yaddaş köpüyündən hazırlanan müasir yastıqlar da mövcuddur. Konturlu və yaddaş effektli yastıqlara alışmaq üçün müəyyən vaxt tələb oluna bilər.

Buzunov yastıq alarkən tələsməməyi məsləhət görüb. Onun sözlərinə görə, seçilən yastıq üzərində ən azı 5-7 dəqiqə müxtəlif yatış mövqelərində uzanaraq rahatlığını yoxlamaq lazımdır.

Həkim həmçinin bildirib ki, istənilən yastıq ən gec üç ildən bir yenilənməlidir. Zaman keçdikcə yastıqda tər, toz, mikroorqanizmlər və digər bioloji qalıqlar toplanır ki, bu da həm gigiyena, həm də sağlamlıq baxımından risk yaradır.

Bununla yanaşı, ekspert vurğulayıb ki, yuxusuzluğun və ya keyfiyyətsiz yuxunun səbəbi sağlamlıq problemləridirsə, yalnız yastığı dəyişmək problemi həll etməyəcək. Yuxu apnesi, dəmir çatışmazlığı, narahat ayaqlar sindromu və uzunmüddətli stress kimi amillər də yuxu pozğunluqlarına səbəb ola bilər. Belə hallarda həkim müayinəsindən keçmək və əsas səbəbi aradan qaldırmaq vacibdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

İnsan hüceyrələrini “cavanlaşdıran” gen terapiyası ilk dəfə sınaqdan keçirilir

Aynur Camal

Tədqiqat: Qaraciyəri toksinlərdən qoruyan təbii vasitə aşkarlanıb

Aynur Camal

Həkim kondisionerlə bağlı ən geniş yayılmış mifləri təkzib edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu