Səhiyyə

Hər meyvə və tərəvəz ürək üçün eyni dərəcədə faydalı deyil

Bugun.tv xəbər verir ki, alimlər meyvə və tərəvəzlərin hamısının ürək sağlamlığı üçün eyni dərəcədə faydalı olmadığını müəyyən ediblər.

Araşdırma zamanı ABŞ və Böyük Britaniyadan 30 min nəfərin sidiyində flavanol səviyyəsi ölçülüb və məlum olub ki, ənənəvi qidalanma tövsiyələri hər zaman kifayət etmir.

Mütəxəssislərin sözlərinə görə, ürək-damar xəstəlikləri riskini azaltmaq üçün orqanizmin gündə təxminən 500 milliqram flavanol qəbul etməsi lazımdır. Lakin kök, gül kələmi və xiyar kimi sağlam hesab olunan tərəvəzlər bu maddələri çox az miqdarda ehtiva edir. Əvəzində alma, giləmeyvələr və çay flavanollarla daha zəngindir.

Araşdırma göstərib ki, Böyük Britaniyada çay içmək vərdişi bir çox insanın əlavə səy göstərmədən gündəlik flavanol normasını qəbul etməsinə imkan verir. Bir fincan çay 200–300 milliqram faydalı birləşmə təmin edə bilər. Alimlər hesab edirlər ki, sağlam qidalanmada əsas məsələ yalnız meyvə və tərəvəzlərin sayını artırmaq deyil, həm də flavanollarla zəngin məhsulları şüurlu şəkildə seçməkdir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Makadamiya qozunun iltihabla mübarizədə faydası aşkar edildi

Aynur Camal

Həkimlər buz kimi içkilərin isti havada təhlükəli ola biləcəyini bildirir

Aynur Camal

Dünyada ən təhlükəli dəri xərçəngindən necə qorunmaq olar?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu