Qəbizlik zamanı sağlam hesab olunan bütün qidalar faydalı olmaya bilər. Həkimlərin sözlərinə görə, bəzi məhsullar normal şəraitdə faydalı sayılsa da, bağırsaq fəaliyyətinin zəiflədiyi dövrdə vəziyyəti daha da ağırlaşdıra bilər.
Bugun.tv xəbər verir ki, mütəxəssislər qəbizlik zamanı xüsusilə düyü və bananın qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.
Həkim bildirir ki, ağ düyü az lif tərkibli olduğu üçün bağırsaqların hərəkətini ləngidə bilər. Banan isə, xüsusilə tam yetişməmiş halda qəbul edildikdə, nəcisin bərkiməsinə səbəb olaraq qəbizliyi gücləndirə bilər.
Mütəxəssislərin fikrincə, qəbizlik zamanı qidalanmada liflə zəngin tərəvəz və meyvələrə, tam taxıl məhsullarına üstünlük verilməli, kifayət qədər su içilməli və fiziki aktivlik artırılmalıdır. Bu amillər bağırsaqların normal fəaliyyətini dəstəkləyir və qəbizliyin aradan qalxmasına kömək edir.
Həkimlər vurğulayırlar ki, qəbizlik uzun müddət davam edərsə və ya tez-tez təkrarlanarsa, mütləq həkim müayinəsindən keçmək lazımdır.
Mənbə: mail.ru
