Maraqlı faktlar

ABŞ-da yerləşən “Pando” adlı nəhəng canlı mavi balinadan 40 dəfə ağırdır

ABŞ-ın Yuta ştatındakı Fishlake Milli Meşəsində yerləşən “Pando” adlı nəhəng titrək qovaq koloniyası dünyanın ən böyük canlı orqanizmi hesab olunur. İlk baxışdan adi meşə təsiri bağışlasa da, ərazidəki 40 mindən çox ağac əslində yeraltında yerləşən vahid kök sistemi vasitəsilə bir-birinə bağlıdır və tək bir canlı orqanizmi təşkil edir.

Alimlərin hesablamalarına görə, Pando təxminən 43 hektar ərazini əhatə edir və ümumi çəkisi 6 min tona yaxındır. Bu isə onu dünyanın ən böyük heyvanı olan mavi balinadan təxminən 40 dəfə ağır edir.

Mütəxəssislər Pandonun dəqiq yaşını müəyyən edə bilməsələr də, onun minlərlə, hətta on minlərlə il əvvəl formalaşdığını ehtimal edirlər. Orqanizmin əsas xüsusiyyəti köhnə gövdələr məhv olduqca eyni kök sistemindən yeni pöhrələrin çıxmasıdır. Bu proses sayəsində Pando özünü davamlı yeniləyərək uzun müddət yaşamağı bacarır.

Alimlər bu unikal canlı orqanizmi həm ekoloji baxımdan, həm də bitkilərin uzunömürlülüyünü öyrənmək üçün mühüm təbii laboratoriya hesab edirlər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Memar damını 7 min gil fincanla örtərək evi 5 dərəcə sərinlətdi

Aynur Camal

Futbol, qaçış və kəndirçəkmədə artıq humanoid robotlar yarışır

Aynur Camal

Çin internetində qəribə iddia: Tan sülaləsi heç vaxt mövcud olmayıb?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu