Image default
Baş xəbərSəhiyyə

Yeni fitnes trendi – “Yapon gəzintisi” sağlamlığa necə təsir edir?

Bugun.tv xəbər verir ki, son illərdə dünyada populyarlıq qazanan “Yapon gəzintisi” (Japanese Walking) üsulu sağlam həyat tərzi ilə maraqlananların diqqətini cəlb edir. Metod təxminən 20 il əvvəl Yaponiyanın Şinşu Universitetinin alimləri Hiroşi Nose və Şizue Masuki tərəfindən hazırlanıb və sürətli ilə yavaş templi gəzintinin növbələşdirilməsinə əsaslanır.

Mütəxəssislərin tövsiyəsinə görə, məşq həftədə ən azı dörd dəfə, 30 dəqiqə ərzində həyata keçirilməlidir. Bunun üçün üç dəqiqə sürətli, ardınca isə üç dəqiqə rahat templə yerimək kifayətdir. Sürətli mərhələdə nəfəs sürətlənsə də, danışmaq tam mümkün olur, yavaş mərhələdə isə nəfəs bərpa edilir.

Araşdırmalar göstərir ki, bu üsul arterial təzyiqin aşağı düşməsinə, qan şəkərinin tənzimlənməsinə, fiziki dözümlülüyün və ayaq əzələlərinin güclənməsinə kömək edir. 2007-ci ildə aparılan elmi tədqiqatda beş ay ərzində “Yapon gəzintisi” ilə məşğul olan iştirakçılarda çəki azalması, maddələr mübadiləsinin yaxşılaşması və ümumi fiziki hazırlığın artdığı müəyyən edilib. Daha sonra aparılan 10 illik müşahidələr isə bu metodun yaşla əlaqədar əzələ zəifləməsinin qarşısını almağa kömək etdiyini göstərib.

Həkimlər bildirirlər ki, “Yapon gəzintisi” xüsusilə yaşlı insanlar, oynaq problemi yaşayanlar, zədədən sonra bərpa olunan şəxslər və idmana yeni başlayanlar üçün təhlükəsiz və əlverişli seçim hesab olunur. Fiziki hazırlığı zəif olanlara isə məşqə qısa müddətli rahat gəzintilər və 30 saniyəlik sürətli intervallarla başlamaq tövsiyə edilir.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Həkimlər xəbərdarlıq edir: Asqırığı saxlamaq qulaq və boğaza zərər verə bilər

Aynur Camal

Həkim xəbərdarlıq edir: Cəmi bir gecə yuxusuz qalmaq beyinə zərər verə bilər

Aynur Camal

Ceyhun Məmmədov: Müəllimin geyimi məktəbin nüfuzuna və peşə etikasına uyğun olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu