Baş xəbərSəhiyyə

Həkim xəbərdarlıq edir: Cəmi bir gecə yuxusuz qalmaq beyinə zərər verə bilər

Bugun.tv xəbər verir ki, cəmi bir gecə yuxusuz qalmaq belə beynin fəaliyyətinə və ümumi sağlamlığa mənfi təsir göstərə bilər. Bu barədə terapevt Olqa Suxareva məlumat verib.

Həkimin sözlərinə görə, gecə yuxusu zamanı beyində qlimfatik sistem aktivləşir. Bu sistem onurğa-beyin mayesi vasitəsilə beyin toxumalarında toplanan maddələr mübadiləsi məhsullarını xaric edir və sinir sisteminin normal fəaliyyətini dəstəkləyir.

Mütəxəssis bildirib ki, həmin maddələrdən biri də beta-amiloid zülalıdır. Alimlər bu zülalın beyində həddindən artıq toplanmasını Altsheymer xəstəliyinin inkişaf riski ilə əlaqələndirirlər. Eksperimental araşdırmalar göstərib ki, cəmi bir gecə yuxusuz qalmaq belə beyində beta-amiloidin səviyyəsini müvəqqəti artıra və diqqət, yaddaş, qərarvermə kimi koqnitiv funksiyaların zəifləməsinə səbəb ola bilər.

Olqa Suxareva vurğulayıb ki, uzun müddət ərzində sutkada yeddi saatdan az yatmaq yalnız beyin fəaliyyətinə deyil, həm də ümumi sağlamlığa mənfi təsir göstərir. Bu vərdiş sinir sistemi pozğunluqları, diqqət dağınıqlığı və müxtəlif xroniki xəstəliklərin yaranma riskini artırır.

Həkim sağlam həyat tərzi üçün hər gecə kifayət qədər və keyfiyyətli yuxunun vacibliyini xatırladaraq, yuxu rejiminə riayət etməyi tövsiyə edib.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Saqqız və bəzi məhsullarda istifadə olunan ksilitol ürək-damar riski ilə əlaqələndirilib

Aynur Camal

Alim payızda immuniteti gücləndirməyin 7 qaydasını açıqladı

Aynur Camal

Məhəmməd Əsədullazadə: “Heç kimə Rusiya və İranın kəşfiyyatı tərəfindən yaradılan əski parçalarını reklam etmək haqqı verilmir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu